İdman

Azərbaycan millisinin Lüksemburqla oyunlarının stadionu açıqlanıb

Azərbaycan millisinin Lüksemburqla oyunlarının stadionu açıqlanıb
 

Millətlər Liqasının 2020/21 mövsümündə C liqasının 1-ci qrupunda yer alan Lüksemburq yığmasının oyunlarının məkanı müəyyənləşib.

Sfera.az xəbər verir ki, Azərbaycanla eyni qrupda yer alan adıçəkilən komandanın millimizlə matçlarının da yeri bilinib.

Lüksemburqlular sentyabrın 5-də ilk turda yığmamızın qonağı olacaq. Luk Holtsun yetirmələri həmin gün Bakı Olimpiya Stadionunda millimizlə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

 

Lüksemburqlular ev oyunlarının hamısını isə 8000 tamaşaçı tutumuna malik "Jozi Bartel" stadionunda keçirəcək. Yığmamızla cavab qarşılaşması sonuncu - VI tur çərçivəsində noyabrın 17-də olacaq. "Jozi Bartel"dəki matçın start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.

Qeyd edək ki, millimiz qrupda Lüksemburqla yanaşı, Kipr və Monteneqro ilə mübarizə aparacaq. (apasport)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31