İdman

Azərbaycan Premyer Liqasında klubların sayı artırılacaq - AÇIQLAMA

Azərbaycan Premyer Liqasında klubların sayı artırılacaq - AÇIQLAMA

Bugünkü iclasda Premyer Liqa və I divizion komandalarının sayının artılması da müzakirə olunub. 

Sfera.az xəbər verir ki, bu sözləri AFFA-nın yeni təyin olunmuş vitse-prezidenti Vaqif Sadıqov deyib.

Qurumun Seçki Konfransı və İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandıran V.Sadıqov Premyer Liqa və I diviziondakı klubların sayı barəsində danışıb: 

 

"AFFA prezidenti tərəfindən də bildirildi ki, iştirakçı komandaların sayı növbəti mövsümdən artmalıdır. Hələlik neçə komanda olacağını bilmirik. Amma düşünürük ki, say artmalı və yeni gələnlər mütləq bölgələri təmsil etməlidirlər. Biz də bölgələrdə futbolun inkişafına çalışırıq”.

Vaqif Sadıqov həmçinin qeyd edib ki, AFFA Məşqçilər Komitəsi 23 yaşadək futbolçulardan ibarət milli komandanın yaradılmasını təklif edib. Həmin komandaya isə yerli mütəxəssis baş məşqçi təyin olunmalıdır. (oxu.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930