No Image
No Image

Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI

Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI
Koronavirus pandemiyası futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara da təsir edib.

Sfera.az xəbər verir ki, əsas çempionatda çıxış edən 8 komandanın hamısı bu problemlə üzləşib.

Futbolçularla yanaşı, məşqçilər və hətta klub əməkdaşlarının da testlərinin müsbət çıxması halına rast gəlinib.

"Report" indiyədək koronavirusa yoluxanların siyahısını təqdim edir:

"Qarabağ": Qurban Qurbanov (baş məşqçi), Elvar Quliyev (tərcüməçi), Maksim Medvedev, Rahil Məmmədov, Musa Qurbanlı - hamısı aktiv xəstədir

"Zirə": Eltun Yaqublu (köməkçi məşqçi), Ali Sesay, Klesio Bauk - hər üçü sağalıb, Kərim Diniyev - aktiv xəstədir

"Neftçi": Prins İbara, Emin Mahmudov, Mirabdulla Abbasov, Cabir Əmirli - hamısı sağalıb, Anton Krivotsyuk - aktiv xəstədir

"Sumqayıt": Səbuhi Abdullazadə - sağalıb

"Keşlə": Vüsal İsgəndərli, Rəhman Hacıyev, Stanislav Namaşko, Şəhriyar Əliyev - hamısı aktiv xəstədir

"Sabah": Ceyhun Nuriyev, Elşən Abdullayev, Abbas Ağazadə, Təmkin Xəlilzadə - hamısı sağalıb, Coşqun Diniyev, Yevgeni Koçuk, Xulio Sezar Rodriges - aktiv xəstələrdir

"Səbail": Mahir Ələsgərov (həkim) - sağalıb, Kamal Qurbanov - sağalıb, Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsayib Abbasov, Elgün Nəbiyev, Kamran Ağayev, Rauf Əliyev - aktiv xəstədir

"Qəbələ": Merab Giqauri, Ülvi İskəndərov, Ceyms Adeniyi, Rasim Ramaldanov, Yusif Nəbiyev, Ehtiram Şahverdiyev - hamısı aktiv xəstədir, Murad Musayev - sağalıb.

Beləliklə, indiyədək 8 klubdan 37 futbolçunun koronavirusa yoluxduğu açıqlanıb. Onlardan 24-ü aktiv xəstələrdir.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR