No image
İqtİsadİyyat

Azərbaycan Türkiyədən 212 vətəndaşını təxliyə etdi

Azərbaycan Türkiyədən 212 vətəndaşını təxliyə etdi
 Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Bu barədə Sfera.az-a "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvadan Bakıya daha bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 nəfər həmvətənimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930