İqtİsadİyyat

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub
 Azərbaycanın "AzerTelecom” MMC rabitə operatoru ilə Türkmənistanın "Turkmentelecom” Dövlət Rabitə Şirkəti arasında videokonfrans formatında görüş keçirilib.

Sfera.az xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan-Türkmənistan istiqamətində Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi və istifadəsi üzrə layihənin icrası olub.

Qeyd edilib ki, Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihə Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək.

Türkmənistan tərəfi layihənin reallaşdırılması ilə bağlı təkliflərini hazırlayıb və bu təkliflər iqtisadi, texniki və digər aspektlərin razılaşdırılması üçün təqdim olunub.

İclas zamanı xüsusi diqqət telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə, eləcə də fiber-optik rabitə xətlərinin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və müdafiəsi şərtlərinin müzakirə olunmasına yönəldilib.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031