No image
Cəmİyyət

Azərbaycan vətəndaşlarının Polşadan mümkün təxliyyə şərtləri açıqlandı

Azərbaycan vətəndaşlarının Polşadan mümkün təxliyyə şərtləri açıqlandı
 "İndiki vaxtda Polşadan Azərbaycana təxliyyənin vaxtı barədə dəqiq məlumat mövcud deyil”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Polşadakı səfirliyi açıqlayıb.

Açıqlamada qeyd edilib ki, təxliyyə baş tutacağı təqdirdə səfirliyə təxliyyə ediləcək şəxs barədə aşağıdakı məlumatlar təqdim olunmalıdır.

1) Pasportun surəti

2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti

3) Polşada yaşamağı təsdiq edən sənədin surəti

4) Telefon nömrəsi

5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s)

6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti

7) Polşaya gəlmə tarixi

8) Yerləşdiyiniz şəhər

Vətəndaşlara xatırladılıb ki, Azərbaycana təxliyyə olacaqları təqdirdə 15 gün müddətində karantin rejimində saxlanılacaqlar.

Xüsusilə qeyd edilməlidir ki, mümkün təxliyyə AZAL tərəfindən ÖDƏNİŞLİ əsaslarla həyat keçiriləcəkdir.

Əgər Azərbaycana ödənişli əsaslarla təxliyyə edilmək niyyətindəsinizsə, xahiş edirik yuxarıda qeyd edilmiş məlumatları tam şəkildə 14 may saat 12:00-a qədər səfirliyin [email protected] ünvanına göndərəsiniz.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930