No Image
No Image

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verdi

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verdi
 Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatını şərh edib.

Sfera.az xəbər verir ki, o, Ermənistanın baş nazirinin bu bəyanatı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olduğunu bildirib. 

"Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də, kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir", - L.Abdullayeva deyib. (report)
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"2020-ci il Azərbaycan üçün yaxşı keçdi"

"Bir çoxunun iddia etdiyi kimi, həqiqətən də Azərbaycan yaxşı bir il keçirdi. Dünya ölkələri daxili çağırışları və gündəmləri ilə məşğul olduqda, Azərbaycan və ...

“Rusiya Bayden administrasiyası ilə dialoqa hazırdır” - Rəsmi Moskva

Rusiya ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırdır, lakin münasibətlərin kəskin şəkildə yaxşılaşacağına ümid etmir. Sfe...

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzulidə də olublar - FOTO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə he...

Bu günə olan yoluxma sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 322  yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəb...

Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək - FOTOLAR - VİDEO

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək "Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilm...

TÜRKSOY və TDƏŞ nümayəndələri Ağdamda olublar - FOTOLAR

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səf...