No Image
No Image

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verdi

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verdi
 Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatını şərh edib.

Sfera.az xəbər verir ki, o, Ermənistanın baş nazirinin bu bəyanatı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olduğunu bildirib. 

"Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də, kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir", - L.Abdullayeva deyib. (report)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kremldən Ermənistandakı hadisələrə REAKSİYA – “Narahatlıqla izləyirik”

"Rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir”. Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri...

Novruz bayramında Əfv fərmanı olacaq – Siyahıda kimlər var?

"Novruz Bayramı ərəfəsində çoxsaylı məhbus azadlığa buraxıla bilər”. Bu sözləri Sfera.az-a açıqlamasında qarşıdan gələn yaz bayramı ərəfəsində növbəti ...

Azərbaycan tərəfi Lüksemburq XİN başçısına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburq xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fik...

"Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir" - Mustafa Şentop

Bu gün Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırının anım mərasimi keçirilib. Sfera.az-ın məlumatına görə, mərasimdə TBMM-in sədri Mustafa Şentop çıxı...

Paşinyan bunun üçün Bakıdan icazə istəyir - Arutyunyan

Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ərazisinə getmək üçün Bakıdan icazə alırsa, bu, onu göstərir ki, artıq heç kimin sualı qalmamalıdır. S...

Prezident: "Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir"

"Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzin...