Cəmİyyət

Azərbaycanda bu serialların çəkilişi dayandırıldı

Azərbaycanda bu serialların çəkilişi dayandırıldı
 Sürətlə yayılan koronavirus infeksiyası təkcə insanların səhhətinə yox, həm də iş həyatına təsir edib. Dünyada bir çox tədbirlər, konsertlər təxirə salınıb, iş yerləri fəaliyyətini müvəqqəti dayandırıb və ya çalışma saatlarını azaldıb. 

COVİD-19 infeksiyası film sahəsinə də təsirsiz ötüşməyib. Bir çox ekran işlərinin çəkilişləri dayandırılıb, təqdimat mərasimləri ləğv edilib. Bəs görəsən, Azərbaycanda serial, film sahəsində koronavirusla bağlı hansı tədbirlər görülüb?   

Axşam.az məsələ ilə bağlı serialların çəkiliş komandaları arasında sorğu aparıb.

Məlum olub ki, "Xəzər” TV-də yayımlanan "Ata ocağı” və "İmtahan” seriallarının çəkilişi müvəqqəti olaraq dayandırılıb.

Verilən açıqlamada bildirilir ki, çəkilişlərin dayanmasının səbəbi koronavirus deyil:

"Çəkilişləri martın 26-na kimi saxlamışıq. Bizə hər hansı göstəriş gəlməyib. Dayanmağımızın səbəbi isə koronavirus deyil. Bayrama görə müvəqqəti ara verilib. Çəkiliş zamanı komanda spirt, maska və digər gigiyenik vasitələrlə təmin olunub”.

Bildirək ki, "Ata ocağı” serialında baş rolları Xalq artistləri Qurban İsmayılov, Həmidə Ömərova, Vidadi Həsənov, Əməkdar artistlər Ayşad Məmmədov, Sənubər İsgəndərli canlandırır.

"İmtahan” serialında isə aktyorlar Hikmət Rəhimov, Cövdət Şükürov, Sənan Əlləz, Ləman Mərih, Uzel Kərimova, Corc Qafarov və başqaları çəkilir.

ATV-də yayımlanan "Ailəmiz” serialının çəkilişləri isə davam edir. Ekran işində Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktyor Əlibəy Məmmədli və aktrisa Sevinc Əliyeva baş rolları oynayır.

ATV-nin digər serialı "Yuxu kimi”nin isə ilk 20 bölümü əvvəlcədən çəkilib. Lakin növbəti günlərdə Rövşən İsaxın ekranlaşdırdığı serialın çəkilişi planlaşdırılsa da, koronavirus səbəbilə təxirə salınıb. Burada isə baş rolları İbrahim Çingiz və Aysel İbrahimova canlandırır.

"Qız atası” serialının komandası isə iş başındadır. Koronavirus onların çəkiliş prosesinə təsir göstərməyib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930