AKTUAL

"Azərbaycanda da güclü partiyaların formalaşması üçün mojaritar sistem mane törətmir" - Partiya sədri

 

Ölkənin gündəmini təkcə koronavirus mövzusu məşğul etməyib. Bütün zorluqlara rəğmən insan şüurunda "həyat davam edir” düşüncəsi hakim yerini qoruyur.


 

Koronavirus xəbərləri ilə yanaşı, Azərbaycanda VI çağırış parlamentin fəaliyyətə başlaması ilə siyasi müzakirələr də qızışıb. Prezident İlham Əliyevin Milli Məclisdəki məlum nitqindən sonra ölkənin siyasi sistemində bəzi dəyişikliklərin olacağı ehtimalları səsləndirilir.

 

Ehtimal və müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycanda mojaritar seçki sistemindən proporsional sistemə keçidlə bağlıdır. Hətta bununla əlaqəli cari ildə referendumun keçiriləcəyini söyləyənlər də var.

 

Əksər siyasi partiyaların nümayəndələri proporsional seçki sisteminin tətbiq edilməsini ölkəmiz üçün məqbul hesab etsələr də bu ideyaya loyal yanaşan siyasətçilər də yox deyil.


Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadədə hesab edir ki, istənilən ölkənin siyasi sisteminin təmərküzləşməsində və güclənməsində mojaritar üsul daha məqbuldur.


 

Moderator.az saytına mövzu ilə bağlı şərh verən DİP sədrinin fikrincə, bunu dünyanın bəzi inkişaf etmiş ölkələrinin timsalında da görmək mümkündür:

 

"Dünyanın bir sıra demokratik təcrübəyə malik ölkələrində mojaritar sistem daha çox istifadə edilir. Çünki bu sistem dövlətin bütün bölgələrinin parlamentdə təmsilçiliyini təmin edir. İmkan yaradır ki, bölgələrdə yaşayan vətəndaşların da hüquqları daha yaxşı müdafiə olunsun.


 

Bu təcrübə Böyük Britaniyada, ABŞ-da və digər ölkələrdə mövcuddur və bunun sayəsində bu dövlətlərdə siyasi qüvvələrin təmərküzləşərək iki-üç böyük partiya ətrafında birləşməsinə və onların mojaritar seçkilərdə gücə çevrilməsinə zəmin yaradıb. Mojaritar sistemdə güclü siyasi partiyaların imkanları daha geniş olur”.


 

Asim Mollazadənin sözlərinə görə, ölkədə güclü siyasi sistemin yaranması üçün mojaritar üsul daha yaxşı imkanlar yaradır:


 

"Bununla yanaşı, yeni yaranan demokratik cəmiyyətlərdə daha çox proporsional sistemə üstünlük veirlir ki, bu da siyasi partiyaların inkişafına təkan verir. Lakin təqribən 30 il keçməsinə baxmayaraq postsovet məkanına nəzər salsaq, görərik ki, bu müddətdə siyasi partiyaların güclənməsi, təmərküzləşməsi prosesi getməyib. Əksinə, bəzi partiyalar səhnədən silinib. Bu onu göstərir ki, mojaritar sistem parlament tipli ölkələrdə müsbət nəticə verirsə də, digər dövlətlərdə siyasi partiyaların birliyinə gətirib çıxarmayıb”.

 

Millət vəkili qeyd edib ki, bu cür diskissiyalar bir sıra ölkələrdə keçrilir. Ancaq təcrübəli dövlətlərdə əsasən mojaritar qaydadan istifadə edilir.Bu da siyasi sistemin ideya ətrafında təmərküzləşməsinə gətirib çıxarır:

 

"Mənim fikirimcə, Azərbaycanda da güclü partiyaların formalaşması üçün mojaritar sistem mane törətmir.

 

Ancaq hər iki variant mümkündür. Burada əsas məqsəd cəmiyyətin birləşməsi tendensiyasını yaratmaqdır. Çox təəəssüf ki, bizim mentalitetdə daha çox fərdi düşüncə üstünlük təşkil edir, nəinki birlikdə olmaq”.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930