Cəmİyyət

Azərbaycanda daha 121 nəfərdə koronavirus aşkarlandı, 44 nəfər sağaldı - SON DƏQİQƏ!

Azərbaycanda daha 121 nəfərdə koronavirus aşkarlandı, 44 nəfər sağaldı - SON DƏQİQƏ!
 

Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Hazırkı dövrədək ölkəmizdə 2 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214 291 test aparılıb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031