Cəmİyyət

Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb - SON DƏQİQƏ!

Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb - SON DƏQİQƏ!
 

Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sfera.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib. 

Hazırkı dövrədək ölkəmizdə 1 854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146 630 test aparılıb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031