Cəmİyyət

Azərbaycanda daha sərt karantin rejimi tətbiq oluna bilər - TƏBİB əhaliyə çağırış etdi

Azərbaycanda daha sərt karantin rejimi tətbiq oluna bilər - TƏBİB əhaliyə çağırış etdi
 

"Hələ də karantin rejiminə əməl etməyib virusu yayan vətəndaşlarımız var”.

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, əgər vətəndaşlar karantin rejiminə əməl etməsələr, hökumət qarşısında daha sərt rejimin yaradılması məsələsi qaldırılacaq.

TƏBİB sədri bildirib ki, nə qədər çox şəxsə vaxtında dəqiq diaqnoz qoyulsa, onda xəstəliyə yoluxanların sayında azalma əldə etmək mümkün olar:

"Testlərlə bağlı xüsusi logistika proqramı hazırlanıb. Təcili yardım briqadaları daim hazır vəziyyətdə olurlar. Ölkə üzrə 22 tibb müəssisəsi karantin üçün ayrılıb. Xaricdə də müşahidə edirik ki, süni nəfəs aparatına qoşulan şəxslərin həyatını çox vaxt xilas etmək olmur. Belə halların bizdə baş verməməsi üçün israrla vətəndaşları karantin qaydalarına əməl etməyə çağırıram", - deyə Ramin Bayramlı bildirib. 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031