Hadİsə

Azərbaycanda DƏHŞƏT - 20 yaşlı hamilə qadın güllələndi

Azərbaycanda DƏHŞƏT - 20 yaşlı hamilə qadın güllələndi
 Kürdəmir rayonunda silahlı insident olub.

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, 20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb. Yaralı yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.

Hazırda rayon Kürdəmir Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar.

Qeyd edək ki, güllə xəsarəti alan K.Mövlayeva iki aylıq hamilədir.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031