Cəmİyyət

Azərbaycanda general istefa verdi - FOTO

Azərbaycanda general istefa verdi - FOTO
 
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov istefa verib.

Sfera.az  "Qafqazinfo"ya istinadən məlumat verir ki, F. Cavadov işləmək istəmədiyini bildirib və öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.

Artıq Ədliyyə naziri Fikrət Məmmədov bu vəzifəyə təyinat edib. Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərov Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi təyin olunub.


Qeyd edək ki, F. Cavadov eyni zamanda Mərkəzi Seçki Komissiyasının üzvüdür.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031