AKTUAL

Azərbaycanda heyvanlarda qəribə xəstəlik: Yüzlərlə qoyun qəflətən öldü - VİDEO

Azərbaycanda heyvanlarda qəribə xəstəlik: Yüzlərlə qoyun qəflətən öldü - VİDEO
 

Qoyunlar anidən yerə yıxılır və sinələri partlayır. Ölüm anı isə heç bir dəqiqədə çəkmir. 

Sfera.az  xəbər verir ki, hadisə Abşeron rayonun Xanqulu qışlaq yatağında baş verib.  

Təsərrüfat sahibi Seyran Kərimovun sözlərinə görə, son dörd ayda bu xəstəlikdən 751 baş xırda buynuzlu heyvanı tələf olub və xəstəliyin isə çarəsi tapılmır. 

Təsərrüfat sahibi bildirib ki, heyvanların cəsədindən dəfələrlə müayinələr götürülüb. Hər dəfəsində heyvanların ölüm səbəbi  başqa olub. Buna görə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Xırda buynuzlu heyvanların ölümü təsərrüfat sahibini çaş-baş salıb. Bu xəstəliyə isə ilk dəfədir rast gəldiyini bildirib. 

Onun sözlərinə görə, xəstəliyin nədən baş verdiyini mütəxəssislər də ayırd edə bilməyib.



(oxu.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930