AKTUAL

Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı RƏSMİ

Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı RƏSMİ
 

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Son 3 gün müddətində yoluxma sayı 689-a yüksəlib.

Sfera.az xəbər verir ki, bu, pandemiya dövründə ən yüksək göstərici hesab edilir.

Belə olduğu halda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Qazet.az-ın suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, bununla bağlı rəsmi açıqlama yoxdur.

"Karantin müddəti yumşaldıqdan sonra yoluxma sayı artıb. Buna baxmayaraq hələ də rəsmi qərar yoxdur”, – deyə İbrahim Məmmədov qeyd edib.

Son zəng tədbirlərinin təşkil edilib-edilməməsinə münasibət bildirən İbrahim Məmmədov bununla bağlı da rəsmi qərarın olmadığını deyib.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031