Cəmİyyət

Azərbaycanda nə qədər süni tənəffüz aparatı var? – Səhiyyə Nazirliyinin rəsmisi sualdan yayındı, amma...

Azərbaycanda nə qədər süni tənəffüz aparatı var? – Səhiyyə Nazirliyinin rəsmisi sualdan yayındı, amma...

"Azərbaycanda ehtiyac olan sayda süni tənəffüs aparatı var”.


Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun can almaqda davam etdiyi bir zamanda Azərbaycanda bu xəstəliyə tutulanlar üçün lazım olan süni tənəffüz aparatlarının mövcud sayı barədə sualı cavablandırarkən Səhiyyə Nazirliyinin baş infeksionisti, Operativ Qərərgahın üzvü Cəlal İsayev deyib.


Dəqiq rəqəm açıqlamasa da, baş infeksionist bildirib ki, süni tənəffüs aparatlarının sayının ölkəmizdəki koronavirus xəstələrinin sayına uyğun olması vacib deyil: "Təcrübə göstərir ki, koronavirusa tutulan xəstələrinin 75 faizinin vəziyyəti orta ağır olur. 15 faizin isə vəziyyəti ağır qiymətləndirilir. Yalnız 5 faizin vəziyyəti kritikhəddə olur. Süni tənəffüs aparatından da məhz belə kritik vəziyyətdə olan xəstələrə kömək etmək üçün istifadə edilir”.


C. İsayev qeyd etdi ki, əsas şərt süni tənəffüz aparatının say məsələsi deyil, yoluxmanın qarşısına sipər çəkməkdir: "Azərbaycan çalışır ki, koronavirusa yoluxma hallarının qarşısı alınsın. Əsas şərt çoxlu sayda süni tənəffüs aparatı almaq yox, yoluxmanın qarşısını almaqdır. Bu gün Azərbaycanda ehtiyac olan sayda süni tənəffüs aparatı var. Çalışmalıyıq ki, yoluxma sayı artmasın. Çünki, bəzi xəstələr xroniki xəstəliklərdir. Həmin xəstələr koronavirusa tutulsalar səhhətləri daha da ağırlaşacaq. Bu halda ağciyər funksiyasını demək olar ki, itirir. Bu zaman məhz belə xəstələrə süni tənəffüs aparatı qoşulur ki, onlar həyatda qala bilsinlər".

 

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930