AKTUAL

Azərbaycanda pandemiyanın təsir etmədiyi tək sahə: “Oktyabra qədər davam edəcək”

Azərbaycanda pandemiyanın təsir etmədiyi tək sahə: “Oktyabra qədər davam edəcək”
 

İki aya yaxındır rayon əhalisinin Bakı və Sumqayıt şəhərlərinə, habelə Abşeron rayonuna girişinə məhdudiyyətlər qoyulub. Ancaq müəyyən şəxslərin girişinə heç bir qadağa nəzərdə tutulmayıb. Onların arasında fermerlər və təcili surətdə tibbi müayinə, yaxud müalicə olunmaq üçün gələnlər də var. Mövzumuzun əsas tərəfi də hazırkı dövrdə Bakıya hansı məhsulların və hansı xəstələrin gətirilməsidir.

Sfera.az xəbər verir ki,  Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Lent.az -a açıqlamasında bildirib ki, fermerlər müvafiq icazə sənədlərini almaqla böyük şəhərlərə gedə bilərlər:

"Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Abşeron rayonundakı fermerlər və kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olanlar yerli icra hakimiyyətlərindən yaşayış yeri haqqında arayış almalıdır. Onların bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyindən də arayışları olur. Ancaq bir fərq var, indi yalnız iri tonnajlı nəqliyyat vasitələri ilə avtomobildə maksimum 2 nəfər olmaqla məhsullar gətirilməlidir”.

 
Ekspert hazırda paytaxt bazarlarına hansı məhsulların gətirilməsindən, qiymətlərdən və bolluqdan danışıb:

"Hazırda tez yetişən kənd təsərrüfatı məhsulları olan pomidor, xiyar, kələm, kartof, çiyələk, Göycə alçası gətirilir. Bir həftəyə "süd alması”deyilən tez yetişən almalar da gələcək. Artıq may ayından etibarən gec yetişən meyvə-tərəvəz məhsullarını da bazarlarda görəcəyik. Mayın ortalarından bolluq dövrü başlayır. İyunun əvvəlindən də gec yetişən məhsullarda yığım başlayacaq. Ümumiyətlə, pandemiyadan asılı olmayaraq, may ayından başlayan məhsul dövrü oktyabrın sonuna qədər davam edəcək. Ona görə də bu müddətdə kənd təsərrüfatı məhsullarını qiymətlərində artım, hər hansı dəyişiklik mümkün deyil. Çünki ölkədə kütləvi istehsal başlayır. Təsəvvür edin, iyunda ölkədə 300 min tondan çox kartof istehsal olunacaq. Bütün bunlar da daxili bazarda realizə olunacaq. İndi ixraca da müəyyən məhdudiyyətlər var, ona görə də onlar avtomatik daxili bazara cəmlənəcək. Bu qiymətlərdə də özünü göstərir. Məsələn, keçən ilin bu vaxtı təzə kartofun qiyməti 1,5 manatdan az deyildi, amma indi 50-60 qəpiyədir. Kartofun qiymətində 70 faizə qədər enmə var. İyun ayından etibarən bu ucuzlaşma digər meyvə-tərəvəzlərə də təsir göstərəcək və proses oktyabra qədər davam edəcək”.

TƏBİB-in mətbuat xidmətindən sorğumuza cavab olaraq, Bakıya hansı xəstələrin gətirilməsinə aydınlıq gətirib:

"Rayonda yaşayanlar müxtəlif xəstəliklərə görə Bakıya gətirilə bilər. Yəni, bu hansısa xüsusi xəstəliklərlə əlaqəli deyil. Adicə ayaq sınığından tutmuş bütün sağlamlıq pozuntularının ağır forması olarsa, baş həkim göndəriş yazıb Bakıya göndərir”.

Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev də saytımıza açıqlama verərkən kimlərin və necə Bakıya buraxılmasına bir daha aydınlıq gətirib:

"Nazirlər Kabinetinin 126 saylı qərarına əsasən bəzi şəxslərin ölkədaxili hərəkətinə qadağa qoyulmayıb. Kənd təsərrüfatı məhsulları gətirənlər, yaxın qohumlarının dəfn mərasimində iştirak etmək üçün gələnlər, həmçinin həkimlərin göstərişi ilə Bakıya müayinəyə gələnlərin şəhərə girişində problem yoxdur. Sadəcə, onlar tələb olunan 3 arayış formasından birini almalıdır. Həmin arayış əsasında onların hərəkətinə heç bir problem yaradıla bilməz”.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031