Cəmİyyət

Azərbaycanda referendum keçiriləcək

Azərbaycanda referendum keçiriləcək
 "Ölkənin gələcək inkişafında mühüm rol oynaya biləcək çox ciddi hadisələr baş verə bilər. Ola bilsin ki, mən belə güman edirəm, Konstitusiyada dəyişikliklər edilməsi üçün referendum keçirilsin”.

Sfera.az pravda.az-a istinadən xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

F.Ağamalının sözlərinə görə, hazırda müzakirə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi ilə bağlıdır: "Yəni mojaritar və proporsional seçki sistemi birlikdə tətbiq ediləcək. Bu ideyanın ardıcıl tərəfdarlarından biri də mənəm. Bu, partiyaların siyasi sistemdə yerini və rolunu gücləndirə bilər. Seçkidən sonra hər bir partiya biləcək ki, cəmiyyətdəki gücü nədən ibarətdir”.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031