Cəmİyyət

Azərbaycanda üçgünlük tətil üçün 7765 manat - Qiymətlər

Azərbaycanda üçgünlük tətil üçün 7765 manat - Qiymətlər

Yeni il bayramına ay yarımdan artıq vaxt qalsa da, indidən ölkə ərazisində fəaliyyət göstərən otellər qiymətlərini açıqlayıblar.

 

Sfera.az musavat.com-a istinadla xəbər verir ki, builki rəqəmlər ötən ildəkilərlə müqayisədə daha yüksəkdir. Rayonlardan və otellərdən asılı olaraq, qiymətlər fərqlənir. Üstəlik, bir çox otellərin tətil paketi 2 gecə 3 gün olduğu halda, bəzilərində 3 gecə 4 günlük paketlər var. Bütün bunlar isə qiymətə də təsir göstərir. Bundan başqa, gündə 3 dəfə qidalanma sistemi paketlərin əksəriyyətində var. Amma yenə də qiymətlər "dodaq uçuqladır”.

Qiymətlərə diqqət edək:

Yeni İli "Cənnət Bağı Altıağac” İstirahət Mərkəzində keçirmək istəyənlər üçün iki istirahət paketi təqdim olunur.

1-ci paket:

Tarixlər: 30.12.2019-02.01.2020 (3 gecə-4gün )

Qiymət: 335 AZN (1 nəfər üçün)

2-ci paket:

Tarixlər: 29.12.2019-02.01.2020 ( 4 gecə - 5 gün)

Qiymət: 410 AZN (1 nəfər üçün)

Qiymətə Daxildir:

• Oteldə gecələmə;

• Qidalanma (gündə 3 dəfə - Qala Şam yeməyi daxil)

• Yeni İL Qala gecəsi

• Əyləncələr: • Şaxta Baba və Qar Qız;

Şamaxı Palace Şaradil hoteli

Burda 2 nəfərin bayram günlərində 2 gecə 3 gün keçirməsi 1255 manat təşkil edir.

Qiymətə daxildir:

- qidalanma 3 dəfə;

- oteldə qalma;

- şou proqram;

- Yeni il gecəsi şam yeməyi.

Quba Palace Otel

27, 28, 29, 30 dekabr, eləcə də 2, 3, 4 yanvar tarixlərində 1 gecə-2 gün oteldə qalmaq istəyənlər üçün (2 nəfər) tariflər aşağıdakı kimidir:

Deluxe dağ mənzərəli otaq - 270 AZN

Deluxe göl mənzərəli otaq - 290 AZN

Qiymətə daxildir:

Oteldə gecələmə (2 gecə-3 gün), (1 gecə-2 gün)

Qidalanma:

31 dekabr (nahar və Qala Şam yeməyi)

1 yanvar (Səhər və şam yeməyi)

Şou proqram

Fitness və SPA xidmətləri

Şəkidə yerləşən "Marxal Resort" oteli

Dekabrın 30-dan yanvarın 2-nə qədər 2 və 3 gecəlik paketlər rezerv olunduğu təqdirdə otaq tiplərinə görə tam pansion (gündə 3 dəfə qidalanma) və Yeni il proqramı daxil olmaqla qiymətlər aşağıdakı kimidir:

2 gecəlik qiymətlər:

Standart otaq (eyvansız) - 1560 manat (2 nəfərlik)

Standart otaq (eyvanlı) - 1610 manat

Triple - 2225 manat

Deluks suite otaq - 1780 manat

Orta ölçülü villa (6 nəfər) - 4700 manat

Böyük ölçülü villa (8 nəfər) - 5990 manat

3 gecəlik qiymətlər:

Standart otaq (eyvansız) - 2035 manat (2 nəfərlik)

Standart otaq (eyvanlı) - 2110 manat

Triple - 2880 manat

Deluks suite otaq - 2365 manat

Orta ölçülü villa (6 nəfər) - 6135 manat

Böyük ölçülü villa (8 nəfər) - 7765 manat.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031