No image
Cəmİyyət

Azərbaycandilli ilk onlayn intellektual oyun təşkil edildi - FOTO

Azərbaycandilli ilk onlayn intellektual oyun təşkil edildi - FOTO
 

Azərbaycandilli ilk onlayn-platformanın təqdimatı keçirilib. 

Sfera.az  xəbər verir ki, aprelin 25-ində Gənclərin İntellektual İnkişaf Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və ‘’Xəzər İntellektual Gənclər Klubu’’nun təşkilatçılığı ilə test xarakterli oyunda Bakı, Sumqayıt və regionları təmsil edən 23 komanda iştirak edib.

24 suallıq rəqabətli və əyləncəli yarışmada ‘’Vendetta’’ komandası birinci, ‘’Hərum’’ komandası ikinci, ‘’Avanqard’’ komandası isə üçüncü olub. Gənclərin İntellektual İnkişaf Mərkəzinin sədri Faiq Hüseynov turnirin təşkilində əsas məqsədin koronavirusla mübarizə və sosial izolyasiya günlərində intellektual oyunlar üçün yeni, effektiv yolların sınaqdan keçirilməsi olduğunu bildirib.

Onlayn-platforma çərçivəsində baş tutan yarış iştirakçılar arasında büyük maraq doğurub. Ümid edirik ki, yaxın gələcəkdə bu onlayn-platformada müxtəlif regionalarda və yaş qruplarında intellektual oyunlar təşkil ediləcək. 

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930