Cəmİyyət

Azərbaycanın əməkdar artisti koronavirusa yoluxub? - FOTO

Azərbaycanın əməkdar artisti koronavirusa yoluxub? - FOTO
 Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

S. Əliyev vəziyyətinin yaxşı olmadığını, hazırda müalicəsinin reanimasiya şöbəsində davam etdiyini bildirib: "Hazırda vəziyyətim heç yaxşı deyil, hərarətim var. Reanimasiyaya yerləşdirilmişəm, müalicəmi burada davam etdirəcəyəm”,- deyə, o, qeyd edib.

Bundan başqa əməkdar artist pnevmoniya ilə yanaşı ürəyindən də əziyyət çəkdiyini bildirib: "Pnevmoniyadan başqa ürəyimdə problem var. Tez-tez ağrılarım olur. Bu cür vəziyyət xəstəliyimi daha da ağırlaşdırır, həkimlərin də işini çətinləşdirir. Sağalmaq üçün bir neçə müalicə edirəm”,- deyə o, çətinliklə deyib.

Xəstəxanadakı vəziyyətindən söz açan S.Əliyev hər şeyin normal olduğunu açıqlayıb: "Saxlanma vəziyyətimdən razıyam, sağ olsunlar həkimlər mənim üçün əllərindən gələni edirlər”. (ölkə.az)

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031