Maqazİn

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA
 Türkiyədə olan model Banu Şücai fürsətdən istifadə edərək karantin qaydalarının mane olduğu arzusunu gerçəkləşdirib

"Miss Azərbaycan-2020” milli gözəllik müsabiqəsinin qalibi Banu Şücai İstanbulda çəkdirdiyi fotolarını nümayiş etdirib.

Model Sputnik Azərbaycan-a bildirib ki, fotosessiya keçirməyi çoxdan planlaşdırırmış, amma koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin qaydalarına görə onu dəfələrlə təxirə salıb.

Milli gözəllik müsabiqəsində qalibiyyətdən sonra Banu Şücai bu fikrini gerçəkləşdirə bilib.

Fotoqraf Həsən Əliyev modelin bir neçə obrazda şəkillərini çəkib.

Şəkillərdə Şücai qara ziyafət paltarındadır. Onun fikrincə, bu rəng onu güclü və əsrarəngiz qadın kimi xarakterizə edir.

Banu Şücai Miss Globe International və Miss smile titullarının sahibidir. Bir çox respublika və beynəlxalq müsabiqədə iştirak edib, reklam çarxlarında çəkilib. Əsasən fotomodel kimi çalışır.

Model karyerasından savayı, Şücai həm də oxuyur. O, "Səs Azərbaycan” müsabiqəsinin finalçısıdır. Müsabiqədə ona müəllimlik edən Azərbaycanın Xalq artisti Mübariz Tağıyev Banunu indi də dəstəkləyir.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930