AKTUAL

Azərbaycanla Özbəkistan rusiyalıları az tapılan limonla təmin edəcəklər

Azərbaycanla Özbəkistan rusiyalıları az tapılan limonla təmin edəcəklər

"Türkiyədən məhsul ixracatının məhdudlaşdırılması səbəbindən ölkədə limon qıtlığı yaşanmayacaq”.


Sfera.azxəbər verir ki, bunu Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

 

"Limon tədarükü ticarət əlaqələrimiz olan digər ölkələrdən də edilə bilər. Məsələn, Argentina, Braziliya və Cənubi Afrika ölkələrindən”. - Nazirliyin açıqlamasında belə deyilir.

 

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda həmçinin bildirilir ki, hazırda Rusiyanın mağazalar şəbəkələrinə əsas limontədarükü Azərbaycan, Özbəkistan və Yaxın Şərqdən edilir, Türkiyədən idxal olunan məhsul isə ölkədə limona olan tələbatın yalnız az bir hissəsini ödəyir.

 

Xatırladaq ki, Türkiyə avqustun sonunadək Rusiyaya limon ixracatını məhdudlaşdırıb.

 

 

Selcan

 

Sfera.az

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X