Cəmİyyət

Azərbaycanlılara ŞAD XƏBƏR - Sərt karantin rejimi LƏĞV EDİLDİ

Azərbaycanlılara ŞAD XƏBƏR - Sərt karantin rejimi LƏĞV EDİLDİ
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda sərt karantin rejimi ləğv edilib.

Sfera.az xəbər verir ki, 61 gündür tətbiq edilən sərt karantin rejimi Gürcüstan hökumətinin qərarı ilə dayandırılıb.

Qərara əsasən, mayın 23-dən etibarən rayon ərazisinə giriş-çıxış sərbəst şəkildə mümkün olacaq. Karantin rejiminin ləğv edilməsi ilə əlaqədar olaraq rayonun giriş-çıxış nöqtələrində Gürcüstan Müdafiə Nazirliyinin (MN) və Daxili İşlər Nazirliyinin (DİN) nəzarətindəki xüsusi buraxlış məntəqələri ləğv edilib, ərazidəki çadırlar və yardımçı vasitələr götürülüb. Bununla belə, yoluxma hallarının çox olması səbəbi ilə rayonun Geta (Aşağı Güləver) və Muşevani (Dəllər) kəndlərində sərt karantin rejimi qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bolnisi rayonunda sərt karantin rejiminin tətbiqinə martın 23-də başlanılıb. 2 aylıq karantin dövründə rayonda yeni növ koronavirusa 160 yoluxma halı təsdiqlənib. Yoluxanlardan 74 nəfərin sağaldığı, 3 nəfərin isə vəfat etdiyi bildirilir.(Apa)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31