İqtİsadİyyat

"Azercell"dən 5G müjdəsi - Bu vaxtadək Bakının bütün ərazilərini əhatə edəcək

"Azercell Telekom” şirkəti gələn ilin sonunadək Bakının bütün ərazisini 5G şəbəkəsi ilə əhatə edəcəyini planlaşdırır.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, bundan sonra şəbəkənin əhatə dairəsi regionlarda genişləndiriləcək və bazar hazır olduqda şəbəkənin kommersiya istifadəsi bütün ölkə üzrə istifadəyə veriləcək.

Qeyd edək ki, hazırda şirkət tərəfindən pilot 5G şəbəkəsi Bakının mərkəzində (Fəvvarələr meydanında) yaradılıb. Şirkət prezidentinin sözlərinə görə, yaxın günlərdə qeyd olunan məkanda daha bir neçə 5G baza stansiyaları quraşdırılacaq.

"Yaradılan 5G pilot şəbəkədə xidmətlər təxminən 7-8 baza stansiya üzərindən göstəriləcək", - deyə V. Mürsəliyev qeyd edib. /APA-Economics

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31