No Image
No Image

"Azəriqaz"dan xəbərdarlıq - Bu ərazilərdə xidmətlər məhdudlaşdırılacaq

 Məlum olduğu kimi koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 20-dək məhdudlaşdırılır.

Sfera.az xəbər verir ki, "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun verdiyi məlumata görə, dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 "Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək.

 
Bu müddət ərzində "Azəriqaz" İstehsalat Birliyi də qeyd edilən məkanlarda martın 15-dən 20-dək xidmətlərin göstərilməsini məhdudlaşdıracaq. Sabahdan etibarən 4 gün ərzində yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. Bura yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. daxildir.

Sadalanan xidmətlərlə bağlı vətəndaşların qarşıdakı 4 gün ərzində Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət etmək imkanı olacaq. Martın 15-dən 20-dək bölgələrdə yerləşən "ASAN xidmət" mərkəzlərində də bir pəncərədə eyni xidmətlər göstəriləcək. Digər xidmətlərin göstərilməsi isə bayram günlərindən sonra bərpa olunacaq. Ehtiyac yaranarsa, bu xidmətlərin göstərilməsi "Azəriqaz" İstehsalat Birliyinin və Bakı Regional qazın satışı Departamentinin inzibati binasında da təşkil ediləcək.

Bayram günlərində isə Birliyin Gəncə, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunma mərasimində iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzil...

Prezident açılışda iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında işt...

Həftənin son iş günündə hava necə olacaq? - PROQNOZ

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yar...

Bakıda çörəyin qiymətinin bahalaşması xəbərinə RƏSMİ AÇIQLAMA

Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı...

Paşinyan Baş Qərargahın istefa tələbinə cavab verdi, tərəfdarlarını meydana çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. Sfera.az baş nazirin feysbuk səhifəsinə istina...

Marketlərdə bizi belə aldadırlar – Ekspert “pul tələsi”ndən çıxmağın yollarını açıqladı

Son zamanlar vətəndaşların mağazalarda ən çox qarşılaşdıqları problemlərdən biri də malların qiymətinin piştaxtadakı qiymətdən fərqli olaraq, "sistem”də daha ...