Cəmİyyət

Bakı Dəmir Yolu Vağzalında dezinfeksiyaedici avadanlıq quraşdırılıb - VİDEO

Bakı Dəmir Yolu Vağzalında dezinfeksiyaedici avadanlıq quraşdırılıb - VİDEO
 "Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb.
 

Koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədi ilə dəmir yollarında da sanitariya-epidomoloji tədbirlər davam etdirilir.

Sfera.az  "Report”-a istinadən xəbər verir ki, Bakı sərnişin vağzalında virusun yayılmasının qarşısını almaq üçün aparılan mübarizə tədbirləri çərçivəsində xüsusi avadanlıq quraşdırılıb. Fərdi qoruma vasitəsi olan bu avadanlıq məhlullarla təmin edilib. Vağzalın ərazisindən istifadə edənlər, qatarlara minmək istəyən sərnişinlər əllərini bu məhlullar vasitəsilə təmizləyə bilərlər. 

Profilaktik tədbirlər eyni zamanda qatarlarda, stansiya və platformalarda da həyata keçirilir. Vaqonlar xüsusi tibbi qutularla, həmçinin bələdçi heyəti maska və əlcəklərlə təmin edilib. Koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Həmiçin Bakı sərnişin vağzalında 499 61 11 nömrəli "qaynar xətt" də fasiləsiz fəaliyyətdədir.



XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930