Cəmİyyət

Bakı Nəqliyyat Agentliyində koronovirusla bağlı qərargah yaradıldı

Bakı Nəqliyyat Agentliyində koronovirusla bağlı qərargah yaradıldı

Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb.

Sfera.az xəbər verir ki, BNA-dan yeni sabah-a daxil olan məlumata görə, qurumda (012) 404-79-95 nömrəli "Qaynar xətt" fəaliyyətə başlayıb.

"Eyni zamanda, bildiririk ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin, qeyd edək ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb", - qurum bəyan edib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930