Cəmİyyət

Bakı polisi çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir - FOTO

Bakı polisi çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir - FOTO
 Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, bununla əlaqədar polis və Daxil Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları tərəfindən paytaxtın rayonlarındakı bütün çimərliklərdə, istirahət mərkəzlərində nəzarət-profilaktik tədbirlər həyata keçirir. Karantin şəraitinə uyğun olaraq, çimərliklərdə işarələnmə, nişanlanma və sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl olunması qaydalara nəzarət olunur. DİN əməkdaşları və digər dövlət nümayəndələri tərəfindən sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla bütün zəruri tədbirlər icra olunmaqdadır. Vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlərə çevik və operativ reaksiya verilməklə, istirahət edənlərə özünü və ailə üzvlərini pandemiyadan qorumaq üçün mövcud sanitar-epidemioloji tələblər izah olunur. Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930