Sİyasət

Bakı şəhərinin İcra Hakimiyyətləri Fonda 500 min manat keçirdi

Bakı şəhərinin İcra Hakimiyyətləri Fonda 500 min manat keçirdi

Bakı Şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək bir aylıq əmək haqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər.

 

 

Təşəbbüs Bakı Şəhər İcra Hakimiyyəti Aparatı və eləcə də paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən fəal dəstəklənib.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Yenisabah.az-a daxil olan məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna paytaxtın şəhər və rayon icra hakimiyyətləri Aparatlarının və paytaxt strukturlarının əməkdaşlarının bir aylıq əmək haqqı həcmində, ümumilikdə 500 min manat vəsait köçürülüb.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031