Bakıda 100 min avtomobil hara “yoxa çıxıb”? – Ekspert azalmanın səbəblərini açıqladı

Bakıda 100 min avtomobil hara “yoxa çıxıb”? – Ekspert azalmanın səbəblərini açıqladı
"Köhnə maşınların sıradan çıxması və pandemiya mövcud azalmaya səbəb olub”.

Bu sözləri Sfera.az-a açıqlamasında son 6 ildə Bakı şəhəri üzrə  avtomobillərin sayının 100 min ədəd azalmasının səbəblərindən danışarkən ekspert Elməddin Muradlı deyib.

Həmsöhbətimiz Bakıda qeydiyyatda olan avtomobillərin sayının azalmasını iki səbəblə əlaqələndirib: "Köhnə, istismara yararsız avtomobillər artıq küçələrdən yığışdırılır. Hansı ki, əvvəllər bu tip avtomobilləri Bakı küçələrində daha çox görürdük. Bu gün isə həmin avtomobillər gözə dəymir. Yəni, köhnə avtomobillərin sıradan çıxması Bakıda minik avtomobillərinin sayının 100 minə qədər azalmasına təsir edən səbəblərdən biridir".

Həmsöhbətimizə görə, digər səbəb pandemiyadır: "Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Bu dövrdə ölkəyə gətirilən avtomobillərin əksəriyyəti satılmayıb. Bu amil Bakıda avtomobillərin sayının müəyyən qədər azalmasına gətirib çıxarıb. Düzdür, son zamanlar avtomobillərə maraq göstərənlər çoxalıb. Belədə yaxın dövrdə yəqin ki, bazarda artımın şahidi olacağıq. Hər halda, çoxları pandemiyanın nə vaxt bitməsini gözləyir”.
 
Elçin
 

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31