Hadİsə

Bakıda 7 avtomobil qəzaya uğradı: xəsarət alan var - FOTO

Bakıda 7 avtomobil qəzaya uğradı: xəsarət alan var - FOTO
Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, "Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə "Lexus” və "Toyota” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən "Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 "Hyundai” markalı, eyni zamanda "Ford” və "Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb. Hadisə zamanı "Lexus”da olan 1 nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

XƏBƏR LENTİ

«    İyun 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930