Krİmİnal

Bakıda bacısının boğazını kəsərək öldürən qardaş təslim oldu

Bakıda bacısının boğazını kəsərək öldürən qardaş təslim oldu

Bakıda qətl törədən şəxs polis əməkdaşlarına təslim olub. 

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, hadisə "Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Cəfərov Sahib Ələkbər oğlu bacısı, 1967-ci il təvəllüdlü Cəfərova Tovuz Ələkbər qızını qətlə yetirib. 

Zəngilan rayonunda qeydiyyatda olan S.Cəfərov bacısının boğaz nahiyəsini ülgüclə kəsərək öldürüb. 

Hadisədən sonra o, Nəsimi rayon 19-cu Polis Bölməsinə gələrək təslim olub. 

S.Cəfərov qətldə istifadə etdiyi ülgücü polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırmalar davam edir.

 

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930