Hadİsə

Bakıda bir mənzildən iki qadın meyiti tapılıb

Bakıda bir mənzildən iki qadın meyiti tapılıb
 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından, giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Sfera.az-a verilən məlumata görə, müraciətlə əlaqədar həmin ünvana cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkar ediblər. Hər iki meyit aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031