Cəmİyyət

Bakıda bir neçə yaşayış binası söküləcək - VİDEO

Bakıda bir neçə yaşayış binası söküləcək - VİDEO
 

Nərimanov rayonunun Həsənoğlu küçəsində yeddi yaşayış binası söküləcək. Bununla bağlı sakinlərə "Ailə Park” tikinti şirkəti tərəfindən məlumat vərəqələri də paylanılıb. 

Sfera.az Baku.tv-yə istinadən xəbər verir ki, vərəqələrin üzərində sakinlərin hansı sənədləri təqdim etməli olduğu göstərilib. 

"Ailə Park” MMC-nin rəsmi nümayəndəsi Kamil Məmmədlinin sözlərinə görə, həmin ərazidəki binalar yaşayış üçün tamamilə yararsızdır. Ərazidə artıq hasarlama işləri başlanılıb. Sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün rüb hesabı olaraq 3 aylıq ödənişlər ediləcək.

"Əmin olsunlar ki, sökdüyümüz binaların yerində tikdiyimiz çoxmərtəbəli binalarda onlara mənzil və mülkiyyət verəcəyik”, - deyə şirkətin təmsilçisi bildirib.


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930