İdman

Bakıda daha bir beynəlxalq turnir ləğv olundu - FOTO

Bakıda daha bir beynəlxalq turnir ləğv olundu - FOTO
 Bakıda aprelin 17-19-da keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir baş tutmayacaq.
 
Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında yerləşdirilən xəbərə görə, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
 
Qeyd edək ki, beynəlxalq turnirdə gənc və daha kiçik yaş qruplarından olan gimnastların iştirakı planlaşdırılırdı. Daha öncə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb. 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930