Hadİsə

Bakıda “Infiniti” ilə qəza törədən qız adamlara hücum çəkdi - ŞOK VİDEO

Bakıda “Infiniti” ilə qəza törədən qız adamlara hücum çəkdi - ŞOK VİDEO
 
Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi  baş verib. 

 
Sfera.az-ın  APA TV-yə istinadən məlumatına görə, "Infiniti” markalı avtomobili idarə edən xanım sürücü 3-cü mikrorayon dairəsində "Opel” markalı avtomobilə dəyib. "Infiniti”yə ciddi ziyan dəyməyib. Ancaq buna baxmayaraq xanım sürücü "Opel”in sahibi ilə mübahisə edib. Bu azmış kimi çəkiliş qrupunun da işinə mane olmağa çalışıb. Özü də kameraya əl ataraq...

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Xanım sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Baş vermiş qəza yerinə Post Patrul Xidmətinin əməkdaşları da cəlb edilib. Sonda hər iki sürücünün izahatı alınıb.

Qeyd edək ki, "Infiniti” markalı avtomobilin sürücüsü olan xanım iki gün öncə qəzaya uğramış "Jeep” markalı avtomobildə sərnişin qismində əyləşmişdi. O hadisə yerində olan əməkdaşlarımızı təhqir edərək işinə mane olmağa çalışmışdı . Onu da deyim ki,  o bu gün qəzaya uğradığı avtomobillə iki gün öncə hadisə yerindən əks istiqamətli yola çıxaraq hərəkət etmişdi.
 

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930