Cəmİyyət

Bakıda karantini pozan dönər evinin sahibi 2 000 manat cərimələndi - FOTO

Bakıda karantini pozan dönər evinin sahibi 2 000 manat cərimələndi - FOTO
 Bakıda xüsusi karantin qaydalarını pozan dönər evi aşkarlanıb.

Sfera.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq reyd zamanı Binəqədi rayonunun Biləcəri yolunda yerləşən "Keyfi manqal" dönər evinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərdiyi məlum olub.

Müvafiq reydlərlə dönər evində ümumilikdə 4 nəfərin xüsusi karantin qaydalarını pozduğu aşkarlanıb.

Daha sonra obyekt sahibi barəsində inzibati protokol tərtib olunaraq 2 000 manat, digər şəxslər isə 100 manat cərimə olunublar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar. (report.az)

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031