Cəmİyyət

Bakıda koronavirusa yoluxmanın ən yüksək olduğu rayonlar açıqlandı - RƏSMİ

Bakıda koronavirusa yoluxmanın ən yüksək olduğu rayonlar açıqlandı - RƏSMİ
 Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.

Sfera.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, paytaxtda virusa yoluxanların 14,5 faizi Yasamal rayonunda yaşayanlardır:

"Bakı üzrə yoluxanların 13 faizi Nəsimi rayonunda, 13,5 faizi Sabunçu rayonunda, 11,1 faizi Binəqədi rayonunda, 10 faizi Xətai rayonunda, 7,4 faizi Qaradağ rayonunda, 6,4 faizi Suraxanı rayonunda, 5,9 faizi Nizami rayonunda, 10,5 faizi isə Nərimanov rayonunda yaşayanlardır”. 

O qeyd edib ki, Bakı şəhərinin digər rayonlarında koronavirusa yoluxma payı üç faizdən aşağıdır.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031