Krİmİnal

Bakıda mağazadan oğurluq edilib - FOTO - VİDEO

Bakıda mağazadan oğurluq edilib - FOTO - VİDEO
 

Paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən marketdən səhər saat 5 radələrində oğurluq edilib.

Sfera.az xəbər verir ki,  oğurluq anı müşahidə kameraları vasitəsilə də qeydə alınıb.

Məlum olub ki, iki naməlum şəxs əvvvəlcə mağazanın giriş qapısını açmağa çalışıb. Müxtəlif alətlərdən istifadə edən şəxslər içəri daxil olublar və kassada olan 850 manat pulu oğurlayıblar.

 

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları da məlumatlandırılıb. Hadisə yerinə gələn polis əməkdaşları müvafiq barmaq izləri götürüb.

Hazırda həmin şəxslərin axtarışları aparılır. Polis kamera görüntülərində əks olunan həmin naməlum şəxsləri tanıyanların bu barədə Daxili İşlər Nazirliyinin "102 zəng mərkəzi"nə məlumat vermələrini xahiş edir.



(APA)

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031