Cəmİyyət

Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - VİDEO

Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - VİDEO
 Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib.

Sfera.az Xezerxeber.az-a istinadla xəbər verir ki, istər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir.

Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. Proses sürətli şəkildə həyata keçirildiyində yollarda tıxaca səbəb olmur.

Polis əməkdaşları həmçinin küçə və parklarda, yaşayış yerlərinin yaxınlığında da yoxlama həyata keçirir.


XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31