No Image
No Image

Bakıda növbəti dəfə geniş dezinfeksiya işləri aparılır - FOTO

Bakıda növbəti dəfə geniş dezinfeksiya işləri aparılır - FOTO
Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən artıq 17-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. 

Bu barədə Sfera.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bu işlərə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 əməkdaşı cəlb edilib.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu avtobusların hərəkət sxemi dəyişdi - FOTO

Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir. Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Zığ-Hava Limanı avtomobi...

Kontakt Home mağazaları yenidən xidmətinizdə - AÇILIŞA ÖZƏL TƏKLİFLƏR

Sevindirən şəbəkəmiz olan "Kontakt Home” yanvarın 25-dən etibarən mağazalarının qapısını yenidən müştərilərinin üzünə açır. Üstəlik, sevdiyiniz "Gənclik”, "28...

Bakıda məşhur tikinti maqnatının oğlu yol qəzasında öldü - "Range Rover" - 005 - FOTO - VİDEO

Dünən gecə saatlarında Bakıda faciəvi qəza baş verib. 90-UE-005 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Mərdəkan qəsəbəsi istiqamətində yük...

Bakıda beş avtomobil toqquşdu - FOTOLAR

Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb. Sfera.az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. ...

Vətən müharibəsində şəhid olan tabor komandirinin nəşi tapıldı - FOTO

Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan tabor komandiri polkovnik-leytenant Atəm Əliyevin bu gün nəşi tapılıb.  Sfera.az-ın məlumatına gör...

Vəkillər Kollegiyasının daha bir üzvü vəfat etdi - FOTO

Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat veri...