Cəmİyyət

Bakıda polisin “saxla” əmrinə tabe olmayan sürücüdən ağlasığmaz hərəkət - VİDEO

Bakıda polisin “saxla” əmrinə tabe olmayan sürücüdən ağlasığmaz hərəkət - VİDEO
 Bakıda sürücü ilə polis əməkdaşları arasında insident yaşanıb.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. 

Paylaşımda hadisənin bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi qeyd olunub.

Belə ki, bir neçə polis əməkdaşı üzərində dövlət nömrə nişanı olmayan minik avtomobilini saxlamaq üçün süni tıxac yaradıblar. Ancaq sürücü tıxacdan çıxmağa müvəffəq olub. Bu zaman o, yaxınlıqdakı avtobusa və bir neçə avtomobilə də zərər verib. Polis əməkdaşları hadisəni törədən avtomobilin ön şüşəsini sındırmaqla sürücünü saxlamağa çalışsalar da, buna nail olmayıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. 

Həmin görüntüləri təqdim edirik:


 
(oxu.az)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031