Hadİsə

Bakıda şok hadisə: Kişi qəflətən metronun çıxışında öldü

Bakıda şok hadisə: Kişi qəflətən metronun çıxışında öldü
 

Bakıda kişi metronun çıxışında ölüb.

Sfera.az xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində, Həzi Aslanov metrosunun çıxışında qeydə alınıb. Belə ki, təxminən, 30 yaşlı kişi metronun çıxışında yerləşən apteklərin birinə qaçaraq dərman alıb. O, qayıdarkən aptekin çıxışında dünyasını dəyişib.

Aptekdən bildiriblər ki, kişi "astma aparatı” alıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım çağırılıb. Meyitin kimliyi araşdırılır.

(oxu.az)


XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031