Maraqlı

Bakıda təhlükəsizlik kamerasına elə görüntülər düşdü ki... - VİDEO

Bakıda təhlükəsizlik kamerasına elə görüntülər düşdü ki... - VİDEO
 Bir neçə gün öncə "Doggie Countre by Nelya” adlı it mərkəzində xoşagəlməz hadisə baş verib.

Sfera.az xəbər verir ki, Aydan adlı xanımın iddiasına görə, "Gucci” ləqəbli itini sözügedən mərkəzdə öldürüblər.

Belə ki, o itini xüsusi baxım üçün həmin mərkəzə aparıb. Salonun işçiləri Aydan xanıma deyiblər ki, 2 saat sonra onunla əlaqə saxlayacaqlar və xanım gəlib itini apara bilər. Ancaq aradan 2 saatdan çox vaxt keçsə də, salondan Aydan xanıma zəng edən olmayıb. Xanım "Doggie Countre by Nelya” mərkəzinə gələndə isə itinin öldüyünü görüb.
 
Daha sonra videolara baxan zaman məlum olub ki, itin səhhətində problem yaranıb və işçilər iti 40 dəqiqə soyuq suda saxlayıblar. Baytar belə çağırmayıblar. Nəticədə sahibəsi gələnə kimi it ölüb.

İtin sahibəsi Aydan xanım sosial şəbəkədə açdığı canlı yayımda bildirib ki, məsələni belə qoymayacaq, məhkəməyə müraciət edəcək. 


 
(parla.az)

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930