Cəmİyyət

Bakıda torpaq bahalaşıb - VIDEO

Bakıda torpaq bahalaşıb - VIDEO
Paytaxt Bakının torpaq bazarında bahalaşma müşahidə edilir.

Sfera.az xəbər verir ki, bunu əmlak eksperti Ramil Qasımzadə deyib.

O bildirib ki, bahalaşma Nizami, Nərimanov və Nəsimi rayonlarında daha qabarıq formada qeydə alınıb. Bu rayonlarda 1 sot torpaq ötən illə müqayisədə 15-20 faiz bahalaşıb.

Qaradağ və Sabunçu rayonlarında isə bahalaşma elə də yüksək deyil. Sözügedən rayonlarda qiymət artımı torpaq sahəsinin yerləşdiyi əraziyə görə qeydə alınıb.

Əmlak eksperti qeyd edib ki, qiymət artımı bazara çıxarılan torpaq sahələrinin həcmi ilə bağlıdır.

R.Qasımzadə əlavə edib ki, qiymətlərdə müşahidə edilən bahalaşma mövsümi xarakter daşıyır.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031