Hadİsə

Bakıda yeznəsini bıçaqlayan şəxs tutulub

Bakıda yeznəsini bıçaqlayan şəxs tutulub
 Bakıda bıçaqlanma hadisəsi olub.

Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, iyulun 31-də, saat 21 radələrində rayonun Mingəçevir küçəsi, ev 20/7 ünvanının qarşısında 1987-ci il təvəllüdlü Məlikov Seymur Məmmədhüseyn oğlu yeznəsi Hüseynov Elmir Mayıl oğlunu aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə bıçaqlayıb. E. Hüseynov qarın nahiyəsində qara ciyərin sol payının kəsilmiş-deşilmiş xəsarəti ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.   

Faktla bağlı avqustun 1-də Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

Seymur Məlikov şübhəli şəxs qismində tutulub. (apa)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31