AKTUAL

Bakını dəhşətli qoxu bürüdü: Ekologiya Nazirliyindən ilk açıqlama

Bakını dəhşətli qoxu bürüdü: Ekologiya Nazirliyindən ilk açıqlama
 
Bakıda havada yayılan qoxu ilə bağlı məsələ araşdırılır.

Bunu Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu məsələ Nazirliyin diqqətindədir:


"Məsələ ilə bağlı bir azdan ictimaiyyətə məlumat veriləcək".


Qeyd edək ki, axşam saatlarında Bakıda açıq havada dəhşətli qoxu yayılıb. Bu qoxu Bakı sakinlərini təşvişə salıb. Bu haqda sosial şəbəkələrdə də geniş müzakirələr gedir. Qoxu daha çox 3, 7, 8, 9-cu mikrorayonda, Dərnəgül ətrafında, Gənclik və nərimanov rayonlarında hiss olunur.


 

Xatırladaq ki, Ekologiya Nazirliyi bu gün verdiyi açıqlamada yanğının Bakının havasına ciddi şəkildə ziyan verdiyini bildirmişdi.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31